news Image
2012.04.11
10:51
| A A A
İrandan Ərdoğana yeni ittiham
Türkiyənin baş naziri İslam dünyasının lideri olmağa çalışır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İslam dünyasının lideri olmağa çalışır. Bu barədə İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (İİKK) nümayəndəsi höccətülislam Əli Səidi bildirib.

Türkiyənin Suriya məsələsindəki rolunu qeyd edən Əli Səidi bəyan edib ki, Türkiyə baş nazirinin davranışının bir neçə izahı var. Ərdoğan ya Osmanlı imperiyası dövrünə aid yuxu görür, ya da Misir və Səudiyyə Ərəbistanının bölgədəki nüfuzunun azalmasından istifadə etməyə çalışır ki, regionda İslam dünyası liderinin rolunu oynasın. Lakin ola bilər ki, bunun başqa izahı da var. Çox güman ki, Amerika ona gözəl vədlər verib.

Əli Səidi həmçinin bəyan edib ki, Suriyaya qarşı bütün hərəkətlərdə Səudiyyə Ərəbistanı və Qətər hökuməti ABŞ və Qərbin tərəfdaşı kimi çıxış ediblər. Ayətullah Xameneinin nümayəndəsi bildirib ki, "regionda baş verən hadisələr Səudiyyə Ərəbistanı, Qətər və bir sıra ölkələr üçün əlverişsizdir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs