Əlaqə Arxiv
news Image
2012.07.25
18:18
| A A A
Azərbaycan paytaxtında fəaliyyət göstərən “Tir” atış mərkəzləri ləğv olunacaq
Onların bazasında yeni atış hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur Bakı şəhərində fəaliyyət göstərən keçmiş Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə (KHVTİC) məxsus "Tir" atış mərkəzlərinin ləğvi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Məlumatda bildirilib ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu "Tir"lərin bazasında yeni atış hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Vaxtı ilə KHVTİC-in təkcə Bakı şəhərində 80-dən artıq "Tir" atış mərkəzi fəaliyyət göstərib. 
Qeyd edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) cari ilin iyun ayında ləğv edilib. Cəmiyyət iyulun 13-də Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin tərkibinə daxil olub.
Sizin Reklam Yeriniz