Əlaqə Arxiv
news Image
2012.07.30
15:54
| A A A
Səbailli yeniyetmələr Qubaya istirahətə yollanmışlar - FOTOLAR

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarından etibarən RİH tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir.

İlk növbədə rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunmuş və artıq 1000-dən çox uşaq bu seanslarda iştirak etmişlər. İyun ayında rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi əsasında rayonun aztəminatlı ailələrinin, Qarabağ müharibəsi veteranlarının övladları və orta məktəblərin 150 nəfərə yaxın şagirdi üçün 2 həftəlik pulsuz kompyuter və xarici dil kursları təşkil olunmuş, kursların fəaliyyəti günlərində yeniyetmələr həm dərs keçmiş, həm də ali təhsil müəssisəsi ilə yaxından tanış olmuşlar. Kursların fəaliyyəti günlərində uşaqlara pulsuz nahar verilmişdir. RİH-nin təşkilatçılığı ilə yay ayları ərzində rayondakı orta məktəblərin, Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur.

Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan rayonun Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, həmçinin bir sıra ictimai birlikləri təmsil edən, ümumilikdə 250 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq 7-cı dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilmişdir.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, layihənin həyata keçməsi istiqamətində görülən işlərdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Qeyd olunmuşdur ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqlari üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və uşaqlara xoş istirahət arzulamışdır.

Qeyd etmək lazımdır ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat məktəbin şagirdləri də qoşulacaqdır. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulmuş, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə həsr olunmuş stendlər quraşdırılmışdır.

Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaqdır.

Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir.

İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakə hərbi hissəsi ilə yaxından tanış olacaqlar.

Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularında məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır.

Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl gənc "Şahinlər" Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuş və tər çiçəklər düzmüşlər.





Sizin Reklam Yeriniz