news Image
2012.04.12
00:16
| A A A
Məktəblilər arasında da narkotik istifadəçiləri var
"Bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalıdır" "Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Bu bizi narahat edir". Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır. E. Ağayev deyib ki, Səhiyyə Təhsil nazirliklərinin birgə apardığı "Narkotiklərə yox deyək!" kampaniyası bu sahədə uğurlu addım olacaq. Nazir müavini deyib ki, Azərbaycan 1961-ci ildə BMT-ninNarkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub: "Ona görə biz mütəmadi olaraq, bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur. Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz təsəvvür edə bilmərik. Narkotik psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə hamı - valideynlər, şagirdlər bu məsələdə aktiv olmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs