Əlaqə Arxiv
news Image
2012.04.12
13:00
| A A A
ARDNŞ-ın aktivləri 17 milyard manat təşkil edir
Şirkət hazırda xarici dövlətlərlə investisiya fəaliyyətinin artırılması istiqamətində işlərini genişləndirir Neft-qaz emalı və neft-kimya kompleksi forumunun ikinci günü başlayıb. Forumun bugünkü ilk sessiyası enerji layihələrinin maliyyə-iqtisadi aspektləri ilə bağlı olub.
Sessiyada çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov şirkətin iqtisadi fəaliyyəti ilə bağlı məlumat verib. O bildirib ki, ARDNŞ-ın aktivləri 17 mlrd. manat təşkil edir. "2011-ci il üzrə şirkətin illik balans mənfəəti 879 mln. manat olub".
Onun sözlərinə görə, şirkət hazırda xarici dövlətlərlə investisiya fəaliyyətinin artırılması istiqamətində işlərini genişləndirir. O, həyata keçirilməsi nəzərdə tutulan neft-qaz və neft kimya (NQNK) layihəsi barəsində də məlumat verərək bildirib ki, layihənin icrası üçün kifayət qədər imkanlar var. "Ona görə də layihənin uğurla başa çatacağını düşünürəm".

Sizin Reklam Yeriniz