news Image
2012.09.07
12:28
| A A A
Sentyabrın 15-dən Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanacaq
Sentyabrın 15-dən Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanacaq.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq TQDK-da dərsliklərlə əlaqədar şöbə formalaşıb, bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib. Yaxın günlərdə şöbəyə müdir təyin olunacaq. Şöbəyə işçilərin qəbulu üçün imtahan keçirilənə qədər mütəxəssislər müqavilə əsasında işə cəlb olunacaqlar: "Yeni dərs ili başlayan kimi bu şöbənin də fəaliyyəti başlayacaq. Elə o zamandan da dərsliklərin monitorinqinə start veriləcək. Artıq biz məktublarla müraciət edərək bu il buraxılan bütün dərsliklərin TQDK-ya təhvil verilməsini xahiş etmişik. Onların üzərində ekspertlər işə başlayacaqlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs