news Image
2012.04.13
13:38
| A A A
İrandan Azərbaycana silah-sursat keçirən şəxslər yaxalandı
Bu, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində mümkün olub
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə xeyli sayda odlu silahın, döyüş sursatı və digər hərbi ləvazimatların, habelə külli miqdarda narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxs yaxalanaraq ifşa edilib. MTN-dən verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşları - Əbdi Nasir Zöhrab oğlu, Dəlir Əli Yadulla oğlu, Azərbaycan vətəndaşları - Xubaliyev Qabil Şəkəralı oğlu, Məmmədov Ruslan Tahir oğlu, Mürşüdov Arzuman Məmmədəli oğlu, Lalayev Niyaməddin Şərafəddin oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı və satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmiş, mühafizə olunan dövlət sərhədini pozaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan Respublikasının ərazisinə gətiriblər.
Müəyyən edilib ki, 2012-ci ilin mart ayının sonlarında əvvəlcədən əldə edilmiş cinayət razılaşmasına əsasən qrupun üzvləri Niyaməddin Lalayev, Arzuman Mürşüdov və Ruslan Məmmədov İrana gedərək, orada Qabil Xubaliyevin köhnə tanışı İran İslam Respublikasının vətəndaşı Nasir Əbdi ilə görüşmüş və sonuncuya satış məqsədilə külli miqdarda narkotik vasitə sifariş veriblər. Külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycana keçirərək qrupun buradakı üzvlərinə təhlükəsiz şəraitdə çatdırılması məqsədilə qrupun digər üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Əli Rəhmani 1 ədəd "AKM" tipli avtomat silahı, həmin avtomat silah üçün nəzərdə tutulmuş 2 ədəd darağı və 273 ədəd patronu, 2 ədəd "Makarov" tipli tapançanı, həmin tapançalara aid 2 ədəd darağı, 8 ədəd patronu, 1 ədəd əl qumbarasını, 1 ədəd gecəgörmə cihazını Nasir Əbdi və Əli Dəlirə verib.
Nasir Əbdi və Əli Dəlir qeyd olunan odlu silahları, döyüş sursatını və digər hərbi ləvazimatları, eləcə də narkotik vasitələri qaçaq yolla İrandan Azərbaycana Yardımlı rayonun Zevin kəndi istiqamətində keçirib və bu barədə Ruslan Məmmədovla Arzuman Mürşüdova məlumat verərək sonuncuları həmin ərazidəki meşə massivində gözləyəcəklərini bildiriblər. Bundan sonra Arzuman Mürşüdov həmin əraziyə gedərək Nasir Əbdini və Əli Dəlirini onların qaçaq yolla keçirdikləri həmin silah-sursat və narkotik vasitələrlə birlikdə yaşadığı Masallı rayonunun Zuvandlı kəndindəki evinə gətirib. Arzuman Mürşüdov həmin silah-sursatın bir qismini öz evində gizlətmiş və bu barədə Ruslan Məmmədovu, sonuncu isə öz növbəsində Niyaməddin Lalayevi məlumatlandırıb.
Arzuman Mürşüdov, Nasir Əbdi və Əli Dəlir həmin narkotik vasitələri Masallı rayonu ərazisində Ruslan Məmmədova çatdırıb, sonuncu isə təhvil aldığı narkotikləri idarə etdiyi "Mersedes" markalı avtomaşınının yük yerində gizlətmiş və birlikdə rayon ərazisində fəaliyyət göstərən "Gölüstü" istirahət mərkəzində onları gözləyən qrupun digər üzvü Qabil Xubaliyevin yanına gəliblər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Nasir Əbdi, Əli Dəlir, Ruslan Məmmədov, Arzuman Mürşüdov, Qabil Xubaliyev Masallı rayonunda, Niyaməddin Lalayev isə Xaçmaz rayonunda saxlanılıb. Keçirilmiş baxış zamanı Arzuman Mürşüdovun yaşadığı evdən 1 ədəd "AKM" tipli avtomat silah, ona aid 2 ədəd avtomat darağı və 273 ədəd patron, 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd əl qumbarası, 1 ədəd gecəgörmə cihazı, 1 kiloqarama yaxın heroin, 3 qramdan artıq tiryək, Nasir Əbdidən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd daraq, 3 qramdan artıq tiryək, təxminən 1,5 qram metamfetamin, Əli Dəlirin üzərindən "Makarov" tipli tapançaya aid içərisində 8 ədəd patron olan 1 ədəd daraq, Ruslan Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomaşının yük yerindən qrupa məxsus 2 kiloqram 833,7 qram tiryək və 522,4 qram heroin, sonuncun üzərindən 3,988 qram marixuana, Qabil Xubaliyevin üzərindən 7 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür. Niyaməddin Lalayevin yaşadığı Xaçmaz şəhərindəki evinə keçirilmiş baxış zamanı ayrı-ayrılıqda qablaşdırılmış 22,903 qram heroin və 50 qrama yaxın marixuana aşkarlanıb. Eyni zamanda, Niyaməddin Lalayevin həmin evində yaşayan Azərbaycan Respublikasının vətəndaşı Qəniyev Vadim Abdulcabbar oğlu da saxlanılmış və ondan "İJ79-93" markalı 1 ədəd qaz silahı, ona aid 2 ədəd daraq və 14 ədəd patron aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının, narkotik vasitələrin qaçaqmalçılığı), 234.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri təkrarən əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
Əbdi Nasir Zöhrab oğlu, Dəlir Əli Yadulla oğlu, Xubaliyev Qabil Şəkəralı oğlu, Məmmədov Ruslan Tahir oğlu, Mürşüdov Arzuman Məmmədəli oğlu, Lalayev Niyaməddin Şərafəddin oğlu, Qəniyev Vadim Abdulcabbar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbiləri davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs