news Image
2012.04.13
19:35
| A A A
İranda neft hasilatı azalır
Xarici şirkətlərin İslam Respublikasının neft sənayesinə sərmayə qoyması ciddi şəkildə azalıb İran hakimiyyətinin iqtisadiyyatı nüvə proqramına görə ciddi problemlərlə üzləşir. Ölkə iqtisadiyyatının əsasını neft təşkil etdiyindən, bu sahədə baş verənlər Tehrana tətbiq edilən yasaqların təsirinin sübutudur. Bu il İslam Respublikasında neft hasilatı nəzərəçarpacaq dərəcədə azalıb. ABŞ Energetika Nazirliyinin informasiya idarəsinin dəyərləndirməsinə əsasən, ölkə iqtisadiyyatına sərmayənin çatışmazlığı səbəbindən, bu il "qara qızıl"ın gündəlik hasilatı xeyli azalıb. Hazırda ölkədə orta hesabla gündə 3,42 milyon barrel neft hasil olunur. Halbuki, ötən ilin uyğun dövründə 3,55 milyon barrel neft hasil edilirdi. "İranda hasilatın azalması 2011-ci ilin sonucu rübündən müşahidə edilməyə başlayıb və bu proses davam etməkdədir" - deyə, qurumun hesabatında bildirilib.  Mütəxəssislər qeyd edib ki, xarici şirkətlərin İslam Respublikasının neft sənayesinə sərmayə qoyması ciddi şəkildə azalıb.  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs