Əlaqə Arxiv
news Image
2012.09.19
19:07
| A A A
BSU-da İPS təqdimatı

Movqe.Az xəbər verir ki, ötən illərdə olduğu kimi, bu il də Alman Parlamentinin nümayəndə heyəti tərəfindən Beynəlxalq Parlament təqaüd proqramı (İPS) üçün azərbaycanlı iştirakçılar seçiləcəkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı xanım Viola von Cramon Taubadel rəhbərlik edir. Nümayəndə heyəti ötən il olduğu kimi, Berlin Frei Universiteti prezidentinin müavini və professoru xanım Brigitta Şütt və Alman Bundestaqının idarəçilik hüqüqu şöbəsinin rəhbəri cənab Verner Braundan ibarətdir.

Nəzərə çatdırmaq lazımdır ki, Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü (İPS) hər il Azərbaycan ali məktəblərinin beş məzununa alman Parlamentinin bir deputatının yanında çoxaylıq fəaliyyət zamanı demokratik qərarların verilməsi prosesinə dərin baxış imkanı verir.

Səfər çərçivəsində alman nümayəndə heyəti 19 sentyabr tarixində BSU-da oldu və proqramla maraqlanan tələbələrə İPS proqramı haqqında geniş məlumat verdi.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev qonaqları auditoriyaya təqdim etdikdən sonra onlara bu təqdimatı keçirmək üçün məhz BSU-nu seçdiklərinə görə təşəkkür etdi. Rektor eyni zamanda qeyd etdi ki, yaxın keçmişdə universitet tələbələri Azərbaycana səfər zamanı BSU-da qonaq olmuş Bolqarıstanın Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevaya və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə bu dövlətlərin yüksək qanunvericilik orqanlarında təcrübə keçmək arzusunda olduqlarını bildirmişlər və onların bu müraciətinə müsbət cavab alınmışdır: "Almaniya Bundestaqında təcrübədə olmaq imkanı bizim fantaziyalarımızdan kənar idi. Egər tələbələrimiz bu layihədə iştirak hüququ qazansalar biz əlbəttə ki buna ancaq sevinə bilərik".

Bundestaqın deputatı xanım Viola von Cramon Taubadel İPS proqramı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 28 ölkənin iştirak etdiyi və beş ay davam edən bu proqrama Azərbaycan 2008-ci ildən etibarən qoşulmuşdur. Proqramda iştirak etmək istəyənlərə heç bir ixtisas məhdudiyyəti qoyulmur ki, bu da iştirakçıların əhatə dairəsini genişləndirir. Xanım Viola von Cramonun çıxışından sonra proqramla bağlı qısa videofilm nümayiş etdirildi. Videofilmdə proqram iştirakçılarının maraqlı fikirləri öz əksini tapmışdır.

Berlin Frei Universitetinin prezidentinin müavini və professoru xanım prof.dok. Brigitta Şütt Berlin universitetləri haqqında məlumat verərək bildirdi ki, İPS proqramında iştirak edən tələbələr proqram başlayan zamandan etibarən Berlin Humbolt Universitetində qeydiyyatdan keçəcək və bununla da Berlinin digər böyük ali təhsil ocaqlarında tanınmış alim və tədqiqatçıların mühazirələrində iştirak etmək və kitabxanalardan istifadə etmək hüququ qazanacaqlar. Belləliklə, tələbələr rəngarəng və yüksək keyfiyyətli təhsil imkanı əldə edəcəklər. Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi cənab Frederik Hanke və Almaniyanın Vürtsburq Universitetinin, elecə də BSU-nun fəxri professoru, "Osvald fon Volkenştayn" Cəmiyyətinin prezidenti Dr. Ziqlinde Hartman da iştirak edirdi

Sonra ötən illərdə İPS proqramında iştirak etmiş azərbaycanlı tələbələr öz təəssüratları ilə bölüşdülər. Tədbirin sonunda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

Sizin Reklam Yeriniz