Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Respublikaçı namizədin psixoloji durumundan xanımı rahatsızdır
 
 
news Image
2012.09.30
19:46
| A A A
Respublikaçı namizədin psixoloji durumundan xanımı rahatsızdır

Respbulikaçılar Partiyasının prezidentliyə namizədin həyat yoldaşı Ənn Romni qələbə qazanacağı halda ərinin psixoloji durumunda problemin olacağından narahatlığını gizlətməyib.

Lent.az-ın "lenta.ru"-ya istinadən məlumatına görə, o, deyib ki,o layların belə inkişafından rahatsızdır:"Belə şərait onun psixoloji vəziyyəti üçün yararlı olacağından nigaranam".

Ənn Romni ərinin peşəkarlığına əmin olduğunu söyləyərək, əlavə edib ki, Mittanın rəhbərliyinə, qərarlar qəbul edəcəyinə, iqtisadi savadına inanır:"Ancaq prezidentliyi onun emosional vəziyyətinə təsirindən narahatam".

Xatırladaq ki, canlı yayımlanan teleşouların birində o, təyyarələrdəki illüminiatorları açmaqla havanı dəyişməyin daha məqsədəuyğun olduğunu söyləmişdi. Onda Ənn Romninin uçduğu təyyarədə qəza baş vermiş, yanğın olmuşdu. Bu üzdən də təyyarə məcburi eniş etmişdi.

Tərəfdarları onun sadəcə olaraq, zarafat etdiyini deyirlər.