news Image
2012.10.01
19:19
| A A A
Ahıllara qayğı cəmiyyətin hər bir üzvünün vətəndaşlıq borcudur - FOTOLAR

1 Oktyabr Beynəlxalq Ahıllar günü  ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları Şurası, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.

Əlamətdar günlə əlaqədar rayonun qədim qəsəbəsi olan Bibiheybət qəsəbəsindəki "Nar şərab" restoranında rayonun   ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılmışdır. Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycandakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi  inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində  pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılsın. Keçən il 2006-cı ilə qədər ölkədə pensiyaya çıxan 900 000 vətəndaşın pensiyası 40 % artmış, bu ilin fevralında isə  əmək pensiyalarının sığorta hissəsi 7,9 %-lə indeksləşdirilərək yenidən hesablanmışdır. Rayon üzrə bu indeksləşdirmə  12265 nəfər pensiyaçıya şamil edilərək ümumilikdə 83.691,34   manat artım olmuş və ödənilmişdir. Gələn il üçün də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.

Bu gün Səbail rayonunda   yaşayanların  6,5 %-ni (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. müxtəlif növ və kateqoriyalar üzrə 2515 nəfər sosial müavinət,  401 ailə (1668 ailə üzvü)  Ünvanlı Sosial Yardım alır. hər bir ailə üzvünə 27,91 manat olmaqla, orta hesabla hər bir ailəyə 116,10 manat sosial yardım təyin olunmuşdur. 

Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 370 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmışdır.

2012-ci il  may ayının 9-da II Dünya müharibəsində faşizm üzərində qələbənin 67-ci ilönümü münasibəti ilə Dağüstü Parkda keçirilən təntənəli mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin görüşün iştirakçısı müharibə veteranı, Səbail rayon sakini  Əli Surxay oğlu Nəsirova 3 otaqlı mənzil verilmişdir.  

A.Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir  ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin hər zaman  məsləhət və təkliflərinə böyük ehtiyac vardır.

  Çıxış edənlərdən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev,   Respusblika Veteranlar Təşkilatının məsul katibi Əlfaim İsmayılov    və başqaları rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. 

Görüşdə iştirak edən   ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.

Tədbirdə əməkdar artist Aybəniz Haşımova və gənс ulduzların   iştirakı ilə böyük konsert proqramı təşkil olunmuşdur.