news Image
2012.10.04
16:03
| A A A
Avropalı gənclər Azərbaycanda beynəlxalq tədbirə toplaşacaq
Movqe.Az xəbər verir ki, Azərbaycan Tələbələr Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Komissiyası "Gənclər Fəaliyyətdə" proqramının maliyyə, Gənclər üçün Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə Bakı şəhərində 7-14 oktyabr 2012-ci il tarixlərində "Wind of Change - European Migration Twenty Years after the Collapse of Communism" adlı beynəlxalq tədbir təşkil edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa Birliyi və tərəfdaş ölkələrdə Sovet rejiminin dağılmasından sonrakı dövrdə Avropaya inteqrasiyanı müzakirə etməkdir. Tədbirdə Hollandiya, Çexiya, Fransa, Macarıstan, Türkiyə, Belarus, Moldova, Rusiya, Ukrayna və Azərbaycandan olmaqla 30-a yaxın gənc iştirak edəcək.
Beynəlxalq tədbirdə əsas müzakirə obyekti Şərq-Qərb miqrasiyası, Avropa mobillik proqramları, Avropa Birliyinin daxilində miqrasiya, beynəlxalq miqrasiyanın əhəmiyyəti və bütün bunlarda gənclərin rolu olacaq. Tədbir çərçivəsində müxtəlif səviyyədə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, tədbiri təşkilatçısı olan Azərbaycan Tələbələr Birliyi Avropa Tələbələr Birliyinin, Gənclər üçün Təhsil Mərkəzi isə Avropa Gənclər Klubları Konfederasiyasının üzvləridir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs