Əlaqə Arxiv
news Image
2012.04.15
00:06
| A A A
“Bizi istəmirlərsə çıxıb getsinlər Ermənistana...”
“Ermənistanda hazırkı rejimə rəhbərlik edənlərin əli azərbaycanlıların qanına bulaşıb”

"Biz azərbaycanlı erməni icmalarının görüşünü hər dəfə istəyirik, amma ermənilər bizimlə görüşməkdən qaçırlar". Bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Bayram Səfərov jurnalistlərin erməni icması ilə görüşməsi ilə bağlı sualı cavablandırarkən deyib. "Ermənistanda hazırkı rejimə rəhbərlik edənlərin əli azərbaycanlıların qanına bulaşıb. Bizim günahsız qadınların, uşaqların ölümündə onlar günahkardırlar. O adamlar bizlə hansı üzlə, necə görüşə bilərlər? Sadə adamların görüşməsinə mane olurlar. Hər zaman demişik yenə deyirik, görüşməyə hazırıq, birgə yaşamışıq, yenə yaşamaq istəyirik". Dağlıq Qarabağ ermənilərinin yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklərini deyən icma sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasına əməl etmək istəməyənlər  Ermənistana çıxıb gedə bilərlər. "Əgər bizim qanunları qəbul etməyəcəklərsə, qoy onlar ora getsinlər", - deyə B. Səfərov bildirib

Sizin Reklam Yeriniz