Əlaqə Arxiv
news Image
2012.11.07
17:14
| A A A
Ağcabədi rayonunda Gənclərin İdeya Akademiyası keçirilir

Movqe.Az xəbər verir ki, bu gün Ağcabədi rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan "Region gənclərinin İdeya Akademiyası" layihəsi çərçivəsində növbəti təlim proqramı başlamışdır. Ağcabədi rayonunda təşkil edilən proqramda iştirak edən gənclər üçün ideyaların formalaşdırılması, layihə təkliflərinin hazırlanması və idarə olunması haqqında praktik məlumatlar verilmiş, zəruri materiallar paylanılmışdır.
Mərkəzin direktor müavini Rasim Ağayev tərəfindən keçirilən təlim proqramına rayonun gənc fəalları ilə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, yerli Gənclər və İdman İdarəsinin, o cümlədən bir sıra QHT-nin əməkdaşı da qatılmışdır.
Qeyd edək ki, Azərbaycanın ucqar regionlarından olan gənclərin təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verilməsini nəzərdə tutan "Region gənclərinin İdeya Akademiyası" layihəsi Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunur.



Sizin Reklam Yeriniz