Əlaqə Arxiv
news Image
2012.11.08
19:28
| A A A
Müəllimlərin yeni maaş sisteminə baxışlar fərqləndi
Nişat Mehdiyev: “Mən inanmıram ki, bununla hansısa müəllim razılaşsın” Firudin Cəlilov: “Burada sui-istifadə halları baş verə bilər”

Bundan sonra Azərbaycanda dövlət ali təhsil müəssisələrində çalışan işçilərinin əməkhaqqı məbləğlərini ali məktəb rəhbərliyi, yəni ali məktəblərin Elmi şuraları müəyyənləşdirəcək.

Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev bildirib ki, Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra dövlət ali təhsil müəssisələrində çalışan işçilərinin əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi səlahiyyəti ali məktəblərin Elmi şuralarının ixtiyarına verilib.

Bu, nə dərəcədə məqbuldur? Belə olduqda hansı sui-istifadə halları baş verə bilər?

Azərbaycan təhsil işçilərinin hüquqlarının müdafiəsi ictimai birliyinin sədri Nişat Mehdiyev məsələ ilə əlaqədar Movqe.az saytına açıqlama verdi: "Müəllim dərs dediyi vaxtına görə maaşını alır. Mən inanmıram ki, bununla hansısa müəllim razılaşsın".

Keçmiş təhsil naziri Firudin Cəlilov isə bildirir: "Müəllimlər dövlət qulluqçusu sayılır. Onların maaşları dövlət tərəfindən tənzimlənir. Bu mənada müəllimlərin maaşını artırmaq lazımdır. Bunun müxtəlif yolları var. Ali təhsil ocaqlarının özlərinin pullu şöbələri var. Oradan büdcəyə çox miqdarda vəsait daxil olur. Hər ali təhsil müəssisəsinin elmi şurası özü qərar çıxarda bilər ki, maaşa əlavə edilən pulu təhsil ocağı öz büdcəsindən ayırsın. Maaş tarifini başlı-başına buraxsalar, bu, böyük hərc-mərcliyə gətirib çıxara bilər. Burada sui-istifadə halları baş verə bilər."

Sizin Reklam Yeriniz