Əlaqə Arxiv
news Image
2012.11.12
16:34
| A A A
Azad Könüllülər Klubu Qubada könüllü layihəyə start verib - FOTOLAR
Movqe.Az xəbər verir ki, ötən həftənin sonunda Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun "Ədəbiyyat məktəbi" adlı könüllü layihəsi çərçivəsində ilk tədbir təşkil olunub. Tədbir Quba rayon Mərkəzi kitabxanasının oxu zalında keçirilib. Tədbirdə iştirak edən gənclər 1-ci hissədə "Niyə kitab oxumalıyıq?" mövzusunda müzakirə edib, 2-ci hissədə isə "Ədəbiyyat məktəbi"nin direktoru Fərid Eyyubov Nobel mükafatı almış (2006) türk yazar Orhan Pamukun həyat və yaradıcılığı barədə gənclərə məlumat verib. Gənclər Orhan Pamukun "Mənim adım qırmızı", "Qar", "İstanbul" əsərləri haqqında danışıblar. Klubun sədri Mehman Məmmədovun verdiyi məlumata görə, layihə çərçivəsində gələn ilin may ayına qədər hər ay müxtəlif yerli və əcnəbi yazarların həyat və yaradıcılığı haqqında gənclərə məlumat veriləcək və ən azı 7 seminara qatılan iştirakçılara sertifikatlar təqdim ediləcək.
Xatırladaq ki, Azad Könüllülər Klubu bu il Qubada təsis olunub və şimal bölgəsində gənclərin maarifçiliyə həvəsləndirilməsi, onların aktiv ictimai fəaliyyətə cəlb olunmasına çalışan müstəqil düşüncəli gənclərin birliyidir.






Sizin Reklam Yeriniz