news Image
2012.11.19
11:04
| A A A
Müəllim və həkimlərin sayı tələbatdan çoxdur
Lakin paradoksal olsa da, bu ixtisasdan olan kadrların həm də ciddi çatışmazlığı özünü göstərir

Milli məclisdə gələn il üçün dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov tərəfindən bir sıra maraqlı fikirlər səsləndirildi. Söhbət ölkədə müəllim və həkimlərin sayından gedir. Məlum oldu ki, göstərilən ixtisaslar üzrə Azərbaycanda çalışan kadrların sayı Avropa ilə müqayisədə ən azı iki dəfə artıqdır. Lakin paradoks həm də ondadır ki, bu ixtisas üzrə kadrlara Azərbaycanda həm də böyük ehtiyac var və hətta onların bəzən çatışmazlığı hiss olunur. Bu paradoksun özünü harada göstərməsi və səbəbləri barədədanışmazdan əvvəl Samir Şərifovun fikirlərinə qayıdaq.

Nazir qeyd edir ki, Azərbaycanda dövlət büdcəsindən təhsil və səhiyyə sektoruna ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi üçün bu sahələrdə islahatlar aparılmalıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda şagird/müəllim və xəstə/həkim nisbəti çox aşağıdır: "Azərbaycanda hər 7-8 şagirdə 1 müəllim düşür. Halbuki Avropada hər 17-18 şagirdə 1 müəllim düşür. Bu onu göstərir ki, Azərbaycanda müəllimlərin sayı çox olduğuna görə, dərs yükü də onların arasında bölüşdürülməlidir".

Nazir bildirib ki, bu vəziyyət özünü səhiyyə sahəsində, yəni çarpayı sayının həkimlərin sayına nisbətində də göstərir: "Hesab edirəm ki, bu sahələrdə müəyyən islahatlar aparılmalıdır ki, xərclərdən daha səmərəli istifadə edilsin". Nazirin təklif etdiyi islahatların nədən ibarət olmasına gəlincə, ekspertlər vurğulayır ki, əvvəla, Azərbaycanda müəllim və həkim kadrlarına olan illik tələbat düzgün müəyyən olunmalıdır. İkinci bir tərəfdən bu ixtisas sahiblərinin ölkənin hansısa bölgələri üzrə daha çox cəmləşməsinə imkan vermək olmaz. İndi isə elə bunun nəticəsidir ki, Azərbaycanın bir sıra rayonlarında, ucqar kəndlərində müəllim, həkim tapılmadıığ halda, paytaxt Bakıda bunun tam əksi müşahidə olunur. Elə paradoksu yaradan səsbəb də budur. Yəni ölkə üzrə həkim və müəllimlərin sayı ehtiyac olduğundan çox olsa da bəzi rayon v əkəndlərdə bu ixtisas sahiblərinin çatışmazlığı hiss olunur.

Bu uyğunsuzluğu aradan qaldırmaq üçün həvəsləndirici tədbirlər görülsə də, reallıq bunun səmərə vermədiyini göstərir. Elə buna görədir ki, hazırda Azərbaycanın rayonlarında müəllim və həkim çatışmır. Halbuki hər il isə ölkənin ali məktəblərini təxminən 8000 müəllim ixsisaslı kadrlar bitirir. Lakin onların bir qismi elə ali məktəbi bitirən kimi müəllimlik arzusu ilə vidalaşır və özlərinə başqa iş axtarır. Müəllim kimi işləmək istəyənlərin çoxu isə iş axtararkən seçim edir və daha yaxşı şəraitli, daha münasib yerdə yerləşən məktəb axtarır. Nəticədə isə rayonlardakı məktəblərdə müəllim çatışmazlığı problemi illərdir qalır. Eyni sözləri həkimlər barədə də demək olar.

Qeyd edək ki, Təhsil Nazirliyi isə rayonlardakı vakant yerlərin tutulması üçün əlavə tədbirlər görür. Nazirlik rayonlarda müəllim kimi çalışmaq istəyənlərə imtahanlarda güzəştlər edir. Qeyd edək ki, Təhsil Nazirliyi rayonlarda müəllim çatışmazlığını aradan qaldırmaq üçün kəndə aparan "Yol" adlı xüsusi proqram həyata keçirir. Bu proqram rayonda işləyən müəllimlərə xüsusi imtiyazlar verir. Bu imtiyazlar müəllimlərə verilən birdəfəlik müavinətlər, sosial xərclər və hər ay əmək haqqına edilən əlavələrdir. Üstəlik proqrama əsasən ucqar yerlərdə çalışan müəllimlər torpaq sahəsi ilə də təmin olunur. Lakin bu da müəllimlərə rayonlarda olan tələbatı ödəməyə imkan vermir. Təbii ki, bu da bir sır arayonlarda təhsilin səviyyəsinə təsirsiz ötüşmür. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hər il aparılan statistik təhlillərdən də Etibar Əliyevin qabartdığı faktları görmək olur. Komissiyanın son 7 il üzrə apardığı təhlillərə görə, ərizə verənlər arasında 500 baldan çox yığmış abituriyentlər arasında ucqar kənd rayonlarının payı çox aşağıdır. Qeyd edək ki, əksər rayonlar, hətta göstəricisi yuxarı olan rayonlar üzrə bu, belədir.Yəni hardasa orta hesabla hər rayonun 15-20 kəndindən şagirdlər ali məktəblərə daxil ola bilmir.

Bundan başqa qeyd olunduğu kimi Azərbaycan bölgələrində həkim çatışmazlığı var. Bir müddət öncə səhiyyə nazirinin müavini Elsever Ağayev də bildirib ki, ümumiyyətlə, Bakı şəhərində tibb müəssisələrində həkim çatışmazlığı ilə bağlı heç bir problem yoxdur. Lakin regionlarda bu problem mövcuddur. Bunun aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramı hazırlanır. Proqrama əsasən, regionlarda çalışan həkimlərə müəyyən güzəştlər ediləcək. Onların regionlarda çalışmaları üçün əlavə əmək haqqı veriləcək. Hələlik isə müəllim və həkimlərə bölgələrdə ehtyiac çox olsa da buixtisasdan olan kadrların rayonlarda çatışmazlığı özünü göstərir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs