Əlaqə Arxiv
news Image
2012.04.20
13:54
| A A A
İsmət Abbasov Rusiyanın qoyduğu qadağaya aydınlıq gətirdi
"Rusiyanın bitki məhsullarının əl yükündə daşınmasına qadağa qoyması normaldır" Rusiya tərəfindən bitki məhsullarının əl yükündə və sərnişinlərin baqajında daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi RF-nin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə planları ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərə bildirib. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti cari ilin aprelin 16-dan etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin baqajında və əl yükündə bitkiçilik məhsullarının daşınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini elan edib. "Bu, normal qərardır və Rusiyanın ÜTT-yə daxil olması planları ilə bağlıdır", - nazir deyib.

Sizin Reklam Yeriniz