news Image
2012.04.22
12:17
| A A A
İran Avropanı neft qıtlığı ilə hədələyir
“Əgər İran Avropaya ixracı dayandırsa, yeni müttəfiqlərinə neft satacaq”

Avropa Birliyinin birtərəfli sanksiyaları ləğv edilməsə, İran Avropaya neft ixracını dayandıracaq. Bu bəyanatla İranın neft naziri Rüstəm Qasımi çıxış edib. Böyük Britaniya Fransaya neft nəqlinin rəsmən dayandırıldığını deyən nazir bildirib ki, Yunanıstan, İspaniya Almaniyanın neft emalı zavodlarına "qara qızıl"ın nəqli davam etdirilir.  "Ən qısa zamanda Avropaya neft nəqli ilə bağlı vəziyyət təhlil ediləcək. Hazırda İranda nəinki neft ixracı azalmayıb, hətta İran neftinə tələbatın artdığı müşahidə edilir yeni müqavilələr imzalanıb. Əgər İran Avropaya ixracı dayandırsa, yeni müttəfiqlərinə neft satacaq", - "Mehr" agentliyinin məlumatına görə, Rüstəm Qasımi deyib Nazirin sözlərinə görə, İran neftinin idxalını davam etdirən Yunanıstan hazırda bu ölkəyə olan borcunun əsas hissəsini ödəməkdədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs