Əlaqə Arxiv
news Image
2012.04.22
14:08
| A A A
NATO Türkiyəyə hərbi yardım etmək istəmir
Leon Panetta NATO nizamnaməsinin 5-ci maddəsinin Türkiyəyə şamil edilməsi şərtini açıqlayıb

ABŞ müdafiə naziri Leon Panetta, Suriyadakı böhran səbəbi ilə NATO nizamnaməsinin 5-ci maddəsinin Türkiyəyə şamil edilməsi üçün zəruri şərtləri açıqlayıb. Panetta ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsində təşkil edilən Suriya mövzusuna həsr olunan iclasda Türkiyəyə NATO nizamnaməsinin 5-ci maddəsinin şamil edilməsi ehtimalı ilə bağlı deyib: "Bilirsiniz ki, 5-ci maddə yalnız 11 sentyabr hadisələrindən sonra bir dəfə tətbiq edilib. Suriyada olanların həqiqi mənada Türkiyəyə birbaşa təhlükə yaradacağının dəqiq sübuta yetirilməsi lazımdır. Məncə, bu mərhələdə 5-ci maddənin tətbiqi onun əhatə dairəsini aşmaq olar". Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çin səfəri zamanı verdiyi açıqlamada NATO-nunhər hansı bir üzvünə edilən hücumun bütün üzv ölkələrə edilmiş hücum olaraq dəyərləndirən 5-ci maddəni xatırladaraq, Alyansın Türkiyə sərhədinin qorunmasına dair öhdəliyi olduğunu bəyan edib.

Sizin Reklam Yeriniz