news Image
2012.04.22
13:54
| A A A
Vaşinqton İrana hücum planlarını açıqladı
ABŞ aviasiya və raketlərlə cənub qonşumuzu vura biləcəyini açıqladı

"Vaşinqtonun İrana hücum etmək üçün konkret planları var". Belə bəyanatla Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta məşhur SNN telekanalına müsahibəsində çıxış edib. Onun sözlərinə görə, hava zərbələrinə qərar verilsə, heç şübhəsiz, uğur Birləşmiş Ştatların tərəfində olacaq.

Hava zərbələrinin isə hərbi təyyarələr uzaqmənzilli raketlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, Birləşmiş Ştatlar vətəndaşlarının əksəriyyəti, İslam respublikasına qarşı müharibəni dəstəkləyir. Ölkədə aparılan sorğunun nəticələri belə deməyə əsas verir.

ABŞ-da böyük təsir gücünün əmlak yəhudi lobbisi ABŞ-ın İrana qarşı müharibəyə başlaması üçün fəaliyyətlərini genişləndiriblər.

İsraildə isə hesab olunur ki, İranın nüvə proqramına dair aparılan danışıqlar heç bir nəticə verməyəcək. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Almaniyanın ("altılar") təmsilçiləri bir neçə gün əvvəl İstanbulda Tehranın nüvə proqramı ilə bağlı danışıqların birinci gününü başa vurublar. Avropa İttifaqının xarici siyasət idarəsinin sözçüsü Maykl Mann görüşləri "konstruktiv" adlandırıb. Lakin İsrail hökuməti bəyan edib ki, İstanbul danışıqlarından heç bir nəticə əldə edilməyib hərbi əməliyyatlar planı gündəmdə qalır.

İranla "altılığın" növbəti görüşü isə mayın 23-  Bağdadda baş tutmalıdır.

İsrail rəsmiləri Avropa İttifaqının başçılığı ilə aparılan nüvə müzakirələrinin İrana nüvə silahı istehsal etməsi üçün əlavə vaxt vermiş olduğunu deyir. Ölkənin baş naziri Benyamin Netanyahu vaxtın İranın xeyrinə işlədiyini deyir: "Mən şəxsən İrana sərbəst zaman bəxş edildiyini düşünürəm. İranın uran zənginləşdirilməsi proqramını inkişaf etdirməsi üçün 5 həftə əlavə vaxtı var".

ABŞ Prezidenti Barak Obama isə İrana sərbəst hərəkət imkanı verilmədiyini Tehranın  öhdəliklərə əməl etməsini nümayiş etdirməsinin vacibliyini bildirir: "Biz İran müzakirəçi tərəfdaşlarımıza açıq şəkildə bildirmişik ki, danışıqlar yalnız çıxılmaz vəziyyətdən çıxış deyil. İndiyədək özümüzə müzakirə imkanı vermişik İranın xoş məramla müzakirələr masası arxasına dönəcəyini gözləmişik."

İsrailin İrana qarşı hərbi əməliyyatlar imkanını nəzərdən keçirdiyi bir vaxt Obama administrasiyası vaxta ehtiyac olduğunu bildirir. Yaxın Şərq üzrə tətilçi Malou İnnosent bununla bağlı bildirir: "İsrail hökuməti müzakirələrin yararsızlığına inanır. İsrail dərhal hərəkətə keçilməsi mümkün hücumları önə çəkir. Göründüyü kimi, İsraillə  ABŞ arasında birgərginlik mövcuddur". Amerika Avropa İttifaqı eyni zamanda İrana qarşı sanksiyaları gücləndirir.

Prezident Obama beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının hərbi mahiyyət daşımadığından əmin olanadək təzyiqlərini davam etdirəcəyini deyir: "İranın təcridində güclü beynəlxalq koalisiya qurmağımızın əsas səbəbi administrasiyamın İrana dinc mahiyyətli proqram əldə etməsinə imkan yaratmaq niyyətində olmasıdır".

Belə məlumatlar da yayılır ki, "altılar"la Tehran arasında danışıqların davam etdiyi müddətdə İsrail hərbi əməliyyatlara başlamayacağına dair ABŞ-a təminat verib. Ancaq İsrail rəhbərliyi bu xəbərləri təkzib edir. Müdafiə naziri Ehud Barak bəyan edib ki, İsrail ABŞ-a belə təminat verməyib. O qeyd edib ki, İranla danışıqların hansısa nəticələr verəcəyini gözləmir: "Biz əminik ki, ABŞ İranın nüvə fəaliyyətlərinin dayandırılmasına çalışır, ancaq buna diplomatik vasitələrlə nail olmaq imkanı tükənib".

Onu da qeyd edək ki, bundan öncə yayılan məlumata görə, Bağdad danışıqları da nəticə verməsə, onda İsrail İranın nüvə obyektlərini vuracaq. Belə ki, İsrailin "Kanal 10" televiziyası bu günlərdə belə məlumat yayıb  ki, Bağdadda keçiriləcək müzakirələrin ikinci mərhələsində razılıq əldə edilməsə, İsrail Ordusuna İranın nüvə obyektlərinə hücum etmək əmri veriləcək.

Əməliyyata böyük sayda müasir hərbi texnika cəlb olunacaq. İsrailin Hərbi Hava Qüvvələrinin ən uzaq məsafəyə uçmağa qadir "F-15" hərbi təyyarələri hücumun ön cəbhəsində yer alacaqlar. Bundan başqa, telekanalın məlumatına görə, əməliyyata onlarla vertolyot, yanacaqdolduran təyyarə, müasir pilotsuz uçan aparatlar s. cəlb edilib. Hava qüvvələrinin "Eitan" pilotsuz təyyarələri İrana göndəriləcək. İndidən pilotların ailələrini yerləşdirmək üçün bazalardan kənarda təhlükəsiz bölgələr yaradılıb. Ancaq İsrail İranın bütün nüvə təsislərini məhv edəcək gücə sahib olmadığı üçün "qısa peşəkar" bir hücum planlaşdırır. Əməliyyatlar zamanı İsrail tərəfinin itki verəcəyi bildirilir. İsrail bu əməliyyatlardan sonra ölkənin şimalında son 30 il ərzində misli görünməyən genişmiqyaslı müharibənin başlayacağını etiraf edir.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs