Əlaqə Arxiv
news Image
2020.06.30
20:37
| A A A
8103 nömrəsinə dəfələrlə əsassız müraciət edən şəxslərin kimliyi bilindi

Respublikamızda “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcəkdir. Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindəm aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik.

İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır.

Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir.

Sizin Reklam Yeriniz