Əlaqə Arxiv
news Image
2020.07.06
17:36
| A A A
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Sizin Reklam Yeriniz