Əlaqə Arxiv
news Image
2020.07.07
12:59
| A A A
Vilayət Eyvazovdan 2 yeni rəis təyinatı
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Vilayət Allahverdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış İdarəsinin rəisi təyin edilib. O, bundan əvvəl baş idarədə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Nazirin digər əmri ilə Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub. Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.(Oxu.az)
Sizin Reklam Yeriniz