Əlaqə Arxiv
news Image
2020.07.07
14:08
| A A A
Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı məsələni polis nəzarətə götürüb
Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Mövqe. az-a verilən məlumata görə, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb. Bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb, buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir. Qeyd edək ki, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda məlumatlar yayılıb.
Sizin Reklam Yeriniz