Əlaqə Arxiv
news Image
2020.07.10
17:30
| A A A
Səfirliklərimizdə də yoluxma halları olub - Rəsmi

Azərbaycanın Əfqanıstandakı şəxsi heyəti arasında bir nəfərdə virusa yoluxma halı baş verib və nəzarətə götürülüb.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, digər diplomatik nümayəndəliklərimiz, səfirliklərimizdə də yoluxma halları baş verib:

"Xüsusilə Macarıstan diplomatik mərkəzimizdə yoluxma qeydə alınıb".

H.Hacıyev deyib ki, cəzaçəkmə müəssisələrində də yoluxma halları artıb:

"Burada cəza çəkənlərlə yanaşı Penitensiar Xidmət əməkdaşları arasında da yoluxma halları qeydə alınıb".

Sizin Reklam Yeriniz