Əlaqə Arxiv
news Image
2020.08.03
17:23
| A A A
Bu sahələrə maliyyə dəstəyi göstəriləcək

Dövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan sosial-iqtisadi yardım göstərilir. Burada muzdlu işçilərin maaşları dövlət tərəfindən ödənilir, eyni zamanda birdəfəlik müavinət ödənilir.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"279 114 min vergi ödəyicisi müraciət edib, 28 min vergi ödəyicisinə müvafiq dəstək məbləği ödənilib. Pandemiyadan əziyyət çəkən sahələrə maliyyə dəstəyinin göstərilməsi üçün qərar var və bu barədə məlumat veriləcək. Onlara 250 manat dəstəyin yenidən verilməsi diqqət mərkəzindədir", - H.Hacıyev bildirib.

O qeyd edib ki, dünya üzrə gəlirlərdə 5 faiz itki müşahidə olunması gözlənilir:

"Lakin pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, ölkəmizdə vəziyyət qənaətbəxşdir".

Sizin Reklam Yeriniz