Əlaqə Arxiv
news Image
2020.08.08
11:57
| A A A
Metro niyə açılmır? - Səbəb açıqlandı

Bütün ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, virusun yayılmasına ən çox təsir edən amillərdən biri ictimai nəqliyyatdır.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Məhz bu səbəbdən bir çox ölkələrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Elə bizdə də bu səbəblə metronun açılması müzakirə olunmur. Lakin avtobuslarda sıxlıqların tənzimlənməsi vətəndaşlarımızdan da asılıdır", - o bildirib.

Şahmar Mövsümov əlavə edib ki, işlə bağlı rayonlararası gediş-gəliş üçün hər bir qurum əməkdaşına ezamiyyə vərəqi verməlidir:

"Bu gün bütün dövlət qurumlarından bu tələb olunur. Məhz bu səbəblə bu vərəq verilməlidir".

Sizin Reklam Yeriniz