Əlaqə Arxiv
news Image
2020.10.01
20:35
| A A A
Rusiyanın baş prokuroru Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir

Xəbər verildiyi kimi, bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılmışdır. Göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. 01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Baş Prokuroru rəsmi məktubla cavab verərək, hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd etmişdir. Həmçinin, Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqesini də bildirmişdir. Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulamışdır.

***

As reported earlier, statements of Ara Abramyan, President of the Union of Armenians in Russia, and Semyon Bagdasarov, Chairman of the Center for the Study of the Middle East and Central Asia, against the territorial integrity and sovereignty of the Republic of Azerbaijan, as well as open calls to propagate terrorism were published in a number of the Russian media and social networks. In this regard, Kamran Aliyev, Prosecutor General of the Republic of Azerbaijan, officially addressed Igor Krasnov, Prosecutor General of the Russian Federation, and asked to take legal measures against individuals and organizations that openly incite to commit crimes. In response to an official letter dated October 1st, 2020, the Prosecutor General of the Russian Federation noted the inadmissibility of open calls to commit illegal actions in any country, as well as incitement of interethnic hatred and enmity in the media. The importance of giving an objective legal assessment to such cases was emphasized. He also stated his position on the settlement of the Nagorno-Karabakh conflict within the framework of international humanitarian law in compliance with the relevant resolutions of the UN Security Council. I.Krasnov expressed hope for the further development of cooperation with the Prosecutor General's Office of the Republic of Azerbaijan.

***

Как сообщалось, ряд российских СМИ распространили обращения главы Союза армян России Ара Абрамяна и директора Центра изучения стран Ближнего Востока и Центральной Азии Семена Багдасарова, содержащие призывы к действиям, направленных против территориальной целостности и суверенитета Азербайджанской Республики, а также открыто пропагандирующие терроризм. В связи с этим Генеральный прокурор Азербайджанской Республики Камран Алиев обратился к Генеральному прокурору Российской Федерации Игорю Краснову с просьбой о принятии правовых мер воздействия в отношении лиц, открыто призывающих к совершению преступлений. Генеральный прокурор Российской Федерации в своем ответном письме от 01.10.2020 отметил недопустимость открытых призывов к совершению противоправных действий на территории какой-либо страны, а также разжигания межнациональной розни и вражды в СМИ и необходимость дачи объективной правовой оценки перечисленных действий. Он также выразил свою позицию по урегулированию Нагорно-карабахского конфликта в рамках международного гуманитарного права согласно соответствующим резолюциям Совета Безопасности ООН. Кроме того, Генеральный прокурор Российской Федерации выразил надежду на развитие отношений в рамках сотрудничества с Генеральной прокуратурой Азербайджанской Республики.

Sizin Reklam Yeriniz