Əlaqə Arxiv
news Image
2013.04.11
14:20
| A A A
Müdafiə naziri ATƏT-in baş katibinin müavinini qəbul edib

Aprelin 11də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.


Mövqe.az-ın Müdafiə nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə,  söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.


Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün cənab Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: "Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir".


 

Sizin Reklam Yeriniz