news Image
2013.04.15
16:00
| A A A
Prezident “ASTRİUM” və “European Aeronautic Defence and Space” şirkətinin rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev Fransanın "ASTRİUM" şirkətinin prezidenti və baş direktoru Fransua Oku, "European Aeronautic Defence and Space" şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul edib.


Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirib və Fransa hökumətinin ölkəmizin kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğulayıb.


Fransanın "ASTRİUM" şirkətinin prezidenti və baş direktoru Fransua Ok rəhbərlik etdiyi şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verib.


Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Fransanın bir çox sahələrdə ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və kosmos texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.