Əlaqə Arxiv
news Image
2013.04.16
11:26
| A A A
Azərbaycanın Braziliyadakı səfiri Rio-de-Janeyro şəhərinə işgüzar səfər edib

Cari ilin 10-12 aprel tarixlərində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyro şəhərinə işgüzar səfər edib. 

 

Mövqe.az-ın məlumatına görə, səfər zamanı Rio-de-Janeyro şəhərinin, həmçinin, eyni adlı ştatın yüksək rəsmiləri ilə görüşlər keçirilib və Azərbaycan-Braziliya münasibətlərinin müasir durumu və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. 

 

Eyni zamanda Rio-de-Janeyro Federal Universiteti, Kandido Mendes Universiteti, ölkənin aparıcı "beyin mərkəzləri" sayılan Braziliya Beynəlxalq Əlaqələr Mərkəzi və "Getulio Vargas Fondu"nun rəhbərliyi ilə keçirilmiş görüşlərdə birgə elmi tədqiqatların təşkil olunması, hər iki ölkənin akademik və ekspert dairələri arasında əlaqələrin yaradılması ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Səfir Elnur Sultanov Rio-de-Janeyro Federal Universitetinin professor-tələbə heyəti qarşısında "Azərbaycanın xarici siyasəti və Azərbaycan-Braziliya əlaqələri" mövzusunda çıxış edib və auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Sizin Reklam Yeriniz