Əlaqə Arxiv
news Image
2013.07.05
17:04
| A A A
İlham Əliyev Tovuz rayonuna səfərə gəlib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib.


Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Sizin Reklam Yeriniz