Əlaqə Arxiv
news Image
2013.07.17
17:32
| A A A
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.


Mövqe.az-ın məlumatına görə, xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.


Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını və təbriklərini Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Sizin Reklam Yeriniz