news Image
2012.05.13
17:39
| A A A
Prezident Patrik Mak Quaydı qəbul edib

Movqe.az AzərTAc istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul edib.

Dövlətimizin başçısı ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quayd müasir dövrdə velosiped sürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını deyib, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğulayıb. Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs