Əlaqə Arxiv
news Image
2013.07.19
19:01
| A A A
YAP Şabran rayon təşkilatının inzibati binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.


Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.


Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılıb. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınıb.


Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapıb. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.


Qeyd olunub ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da var.

Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.

Sizin Reklam Yeriniz