Prezident İlham Əliyev İrana səfər edəcək
Mövqe.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İrana səfəri gözlənilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu barədə İranın Fars agentliyinə açıqlamasında məlumat verib.
O qeyd edib ki, prezident avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır. Sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan 2011-ci ilin may ayından Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Hazırda isə təşkilata 120 dövlət üzvdür.