news Image
2012.04.03
19:15
| A A A
Daşqının nəticələrinin aradan qaldırılması üçün 50 milyon manat ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə Fövqəladə Hallar Nazirliyinə 50 milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılır.

Fövqəladə Hallar Nazirliyinə tapşırılır ki, sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirsin və görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs