Əlaqə Arxiv
news Image
2012.05.21
18:28
| A A A
Azərbaycan Prezidentinin Monteneqronun Baş naziri İqor Lukşiçin ilə görüşü olub

Movqe.Az AzərTac-a istinadən xəbər verir ki, ötən gün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib. 

Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.






Sizin Reklam Yeriniz