Aqşin Əlizadə təltif edildi
Movqe.Az AzərTac-a istinadən xəbər verir ki, A.Ə. Əlizadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əliqulu oğlu Əlizadə "Şərəf" ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2012-ci il.