news Image
2012.05.30
17:55
| A A A
Prezident İlham Əliyev Naxçıvandadır
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olub və Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib

Movqe.Az AzərTac-a istinadən xəbər verir ki, Naxçıvan MR-nın fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident sinif otağında yaradılmış şəraitlə tanış olub. Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir.

Sonra dövlətimizin başçısına nazirliyin "112" qaynar telefon xətti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.

Məlumat verilib ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq var. Binada Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı yaradılıb.

Qeyd olunub ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı 24 saat fasiləsiz fəaliyyət göstərir. Daha sonra prezident İlham Əliyev nazirliyin həyətində nümayiş etdirilən texnikaya baxıb.

Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib. Naxçıvan MR Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verilib. Bildirilib ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi "bir pəncərə" prinsipi ilə həyata keçiriləcək. Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Ölkə başçısı muxtar respublikaya səfəri çərçivəsində bu gün Naxçıvan sement zavodunun açılışında da iştirak edib. Azərbaycan prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxıb. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb. Sonra dövlət başçısı avtobusla zavodun ərazisini gəzib.

Məlumat verilib ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə Qeyd edilib ki, zavod ən müasir standartlara cavab verir. "Naxçıvan Sement" MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaq.

Naxçıvan sement zavodu ilə yaxından tanış olan prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs