İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də
Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin
etimadnaməsini qəbul edib. Movqe.az bildirir ki, səfir Xalid Usman
Qayser fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xalid Usman
Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz
və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin
yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirin
Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin
daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident
İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin
uğurla inkişaf etdiyini dedi. Əlaqələrimizin iqtisadi, mədəni,
humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar
olduğunu bildirən Prezident İlham Əliyev bunun regional əməkdaşlıq
baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin
BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar
çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirdi. Səfir
Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti Məmnun
Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş
arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd etdi ki,
əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev
tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da
möhkəmləndirilməsində səylərini əsirgəməyəcək. Səfir Heydər Əliyev
Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin
əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman Qayser
Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini
bildirdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin sənaye, hərbi-texniki əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.