news Image
2012.06.06
19:20
| A A A
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Hillari Klintonu qəbul edib
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib.

APA-nın məlumatına görə, H. Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycanla ABŞ arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Öz növbəsində, H. Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrlə bağlı Azərbaycan prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan prezidentinin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. 

Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla vurğulayıb. O, Azərbaycanın regionda mühüm rolunu qeyd edib. Xanım Klinton ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs