news Image
2014.02.19
10:15
| A A A
Zakir Həsənovun Serbiyaya rəsmi səfəri başa çatdı

Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Respublikasına rəsmi səfəri başa çatıb. Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, səfərin son günü müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib.


Görüş zamanı müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.


Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.