Ceyms Appaturayın Azərbaycana səfəri başlayıb
APA-nın məlumatına görə, bu gün Ceyms
Appaturay Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair
məsələlər müzakirə olunacaq.
NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin "Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları" mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək.
C. Appaturayın Azərbaycana səfəri iyulun 6-də yekunlaşacaq.