Əlaqə Arxiv
news Image
2012.07.22
11:13
| A A A
Prezident Misirin dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Sizin Reklam Yeriniz