news Image
2012.07.23
20:06
| A A A
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb


Movqe.Az  prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, on yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,2 (beş milyon iki yüz min) milyon manatı Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs