Əlaqə Arxiv
news Image
2012.07.31
17:09
| A A A
Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gedib. APA-nın xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. 
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına məlumat verib ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülüb. Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. 
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə bildirilib ki, bu park yenidənqurmadan sonra füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edir.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıqlarını verib.
Prezidenti İlham Əliyev daha sonra Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. 
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat işləri daxili imkanlar hesabına aparılıb.
Diqqətə çatdırılıb ki, ümumilikdə respublikanın regionlarında bu cür müasir mərkəzlərin yaradılmasına böyük ehtiyac var. Dövlət siyasətinə uyğun olaraq bu istiqamətdə tədbirlər daha intensiv xarakter alır. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
 
Sizin Reklam Yeriniz