Azərbaycan prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşüb
Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələri müzakirə olunub
Londonda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb. AzərTAc-ın verdiyi məlumata görə, prezident İlham Əliyevi baş nazir Devid Kemeron qarşılayıb.
Azərbaycan prezidenti
və Böyük Britaniyanın baş naziri rəsmi foto
çəkdiriblər.
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək
səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıqla
Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji,
qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu
əlaqələrin perspektivləri böyükdür.
Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik
sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin
NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək
qiymətləndirilib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.