Əlaqə Arxiv
news Image
2015.04.02
14:26
| A A A
Girovun oğlu: "Atam bizdən xoşbəxtdir ki..."

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 ildönümü ilə əlaqədar keçirilən tədbirdə öz doğma torpağında girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da iştirak edib. Bu barədə Movqe.az-a məlumat verən girovun oğlu Kürdoğlu Əsgərov bu gün ikiqat acı çəkdiyini, amma bununla belə, girov da olsa atasına qibtə etdiyini söyləyib: "Düzdür atam ermənilərin əlindədir. Acı çəkir, işgəncələrə məruz qalır. Amma bununla belə atam bizim 22 ildir ki, həsrətlə qovuşacağımız Kəlbəcərə gedə, doğma yurdun havasını uda bildi. Hansı ki, biz 22 ildir ki, o torpağa ayaq basmağa, Kəlbəcərin suyundan içməyə, havasından udmağa həsrətik. Bu mənada atama qibtə edirəm. Bu gün də o bizdən xöşbəxtdir ki, Qarabağdadır.Girov saxlanlmasına, acı çəkməsinə rəğmən öz yurdunda, obasındadır".

Xatırladaq ki, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.Kəlbəcərin işğalından sonra BMT">BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.

Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb. Kəlbəcər işğal olunduqdan sonra  ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi" yekunlaşıb. "Hakim" Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm" verib. Beş saat davam edən qondarma prosesdə "hökm" oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar.Bu günədək onların hansı şəraitdə saxlanılmasından xəbər yoxdur. 

Sizin Reklam Yeriniz